Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq festivalın "Masters" yarışında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster səkkizinci turda İrine Sukandar (İndoneziya) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan təmsilçimiz görüşün 56-cı gedişində rəqibini təslim edib.
Qələbə Muradlını yarış cədvəlində 13 pillə qabağa salıb. 5,5 xalı olan son Azərbaycan çempionu hazırda 17-cidir. Lider 6,5 xal hasil edən Arcun Eriqaysidir (Hindistan).
Bu dəqiqələrdə yarışda son turun görüşləri keçirilir. Muradlı qara fiqurlarla erməni Samvel Ter-Sahakyanla qarşılaşır.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışda ümumilikdə 76 şahmatçı mübarizə aparır.