ABŞ-ın Sent-Luis şəhərində keçiriləcək və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da çıxış edəcəyi "Grand Chess Tour" seriyası yarışlarının iştirakçı siyahısında dəyişikliklər olub.
Fanat.Az xəbər verir ki, son anda macarıstanlı qrossmeyster Rixard Rapportun turnirlərə qatılmayacağı açıqlanıb. Onu sabah başlayacaq rapid və blits turnirində Cefri Şonq (ABŞ), sentyabrın 2-də start götürəcək "Sinkfild Kuboku"nda isə Hans Niman (ABŞ) əvəzləyəcək.
Beləliklə, avqustun 30-dək davam edəcək rapid və blits turnirində Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynyer Dominqes, Hikaru Nakamura, Samuel Şenklend, Cefri Şonq (hamısı ABŞ) və Yan Nepomnyaşi (FIDE) mübarizə aparacaq.
Sinkfild Kuboku"nda isə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) ilə Uesli So (ABŞ) əvvəlki turnirin iştirakçılarından Nakamura və Şenklendi əvəz edəcəklər.