Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubay Open” turnirində liderlər qrupunda qərarlaşıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster üç turdan sonra maksimum nəticəyə malikdir. Bu göstərici ilə o, ilk "səkkizlik"də yer alıb.
Digər təmsilçilərimizdən Aydın Süleymanlının 2, Nihat Mustafayevin isə 1,5 xalı var.
Muradlı 4-cü turda ağ fiqurlarla erməni əsilli ABŞ şahmatçısı Vladimir Akopyanla qarşılaşacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olacaq.