Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Chess Stars” turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün baş tutacaq daha üç turun oyunları ilə turnirin rapid mərhələsinə yekun vurulacaq. 35 yaşlı qrossmeysterimiz ilk olaraq ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə üz-üzə gələcək.
Ardınca o, "qaralar"la ispaniyalı Fransisko Valyexo ilə, son turda isə "ağlar"la hindistanlı Raunak Sadvani ilə münasibətləri aydınlaşdıracaq.
Hazırda hesabında 4 xal olan təcrübəli şahmatçımız 10 iştirakçı arasında 3-cü yerdə qərarlaşıb. Lider ondan 0,5 xal çox toplayan Sadvanidir.