Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Chess Stars” turniri davam edir.
Fanat.Az xəbər verir ki, daha üç turun oyunları ilə turnirin rapid mərhələsinə yekun vurulub. 35 yaşlı qrossmeysterimiz ilk olaraq ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib və rəqibiylə heç-heçəyə razılaşıb.
Ardınca o, "qaralar"la ispaniyalı Fransisko Valyexo ilə, son turda isə "ağlar"la hindistanlı Raunak Sadvani ilə "sülh bağlayıb".
Beləliklə, xalını 5,5-ə çatdıran təcrübəli şahmatçımız 10 iştirakçı arasında 2-ci yerdə qərarlaşıb. Lider ondan 1 xal çox toplayan rusiyalı Vladislav Artemyevdir.
Şahmatçılar 4-5 oktyabrda blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.