Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski İtaliyanın Sardiniya adasında keçirilən gənclər arasında dünya çempionatında azərbaycanlı şahmatçılar Abdulla Qədimbəyli və Gövhər Beydullayevanın qələbələri ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, o, nəticənin Azərbaycan şahmatının böyük nailiyyəti olduğunu qeyd edib.
“20 yaşadək gənclər arasında dünya çempionatında dubl – Abdulla Qədimbəyli və Gövhər Beydullayeva qızıl medalları Bakıya aparır. Düzünü desəm, son otuz ildə belə bir şey xatırlamıram. Səhv edə bilərəm, amma yadımda qalan, bunu yalnız sovet şahmatçıları bacarıb.
Həmyerlilərimi təbrik edirəm. Ümid edirəm ki, bu qələbələr Azərbaycanda şahmatın inkişafına yeni təkan verəcək”, - deyə Sutovski sosial şəbəkədəki səhifəsində yazıb.