Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın IV turunda Arcun Eriqaysi ilə qarşılaşacaq.
Məmmədyarov ilk turda hindistanlı Rameşbabu Praqqnanandhanı yenib, ardınca müvafiq olaraq, polşalı Yan-Kşiştof Duda və norveçli dünya çempionu Maqnus Karlsenə uduzub. Hazırda 3 xalı olan təcrübəli şahmatçımız turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.