Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası İsraildə keçirilən komandalararası dünya çempionatında çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət komandamız B qrupunda Hindistan, Özbəkistan, ABŞ, Polşa və İsrail ilə mübarizə aparır.
Dörd turdan sonra qrupda ikinci olan Azərbaycan millisi qrup mərhələsində son oyununu İsrailə qarşı keçirəcək.
Artıq yığmaların görüşlər üçün heyəti açıqlanıb.
Dünya çempionatı
V tur
Azərbaycan - İsrail
Şəhriyar Məmmədyarov - Maksim Rodşteyn
Teymur Rəcəbov - Tamir Nəbati
Qədir Hüseynov - Avital Boruxovski
Rauf Məmmədov - Yevgeni Postnı
Qrupda bu gün həmçinin Özbəkistan - Polşa və ABŞ - Hindistan qarşılaşmaları baş tutacaq.
İlk dörd yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək.
Xal durumu: Özbəkistan - 6 xal, Azərbaycan - 5, İsrail, Hindistan - hərəyə 4, İsrail, Polşa - 3, ABŞ - 2 xal.