Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunan ənənəvi "Tata Steel Chess" superturniri bu dəfə Azərbaycan şahmatçılarının iştirakı olmadan keçiriləcək.
Fanat.Az xəbər verir ki, yanvarın 13-29-da keçirilməsi planlaşdırılan yarışın təşkilatçıları iştirakçıların siyahısını açıqlayıb. Onların arasında nə Şəhriyar Məmmədyarov, nə də Teymur Rəcəbov yer alıb.
Turnirdə ümumilikdə 14 qrossmeyster mübarizə aparacaq.
Qeyd edək ki, Veyk-an-Zeedə keçirilən son turnirdə Şəhriyar Məmmədyarov ikinci yeri tutub. Qalib isə norveçli dünya çempionu Maqnus Karlsen olub.