İsraildə Azərbaycanın kişilərdən ibarət yığmasının da çıxış etdiyi şahmat üzrə komandalararası dünya çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, finalda Çin Özbəkistanı məğlub edərək çempion olub.
Üçüncü yer uğrunda görüşdə isə İspaniya Hindistana qalib gəlib.
Xatırladaq ki, Azərbaycan millisi 1/4 finalda İspaniyaya uduzmuşdu.