Noyabrın 30-da İspaniyada şahmat üzrə açıq turnir start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın A turnirində Azərbaycanı Eltac Səfərli və Riad Səmədov təmsil edəcəklər.
E.Səfərli turnir çərçivəsində təşkil ediləcək blits yarışında da qüvvəsini sınayacaq.
Yarışda 65-i qrosmeyster olmaqla, ümumilikdə 184 şahmatçı iştirak edəcək.