15:22 03.02.2018 682

Samir Zərgərov: “Bu cür azarkeşləri olan komandaya autsayderlik yaraşmır”

"Kəpəz”in yeni transferi Samir Zərgərovun klubun rəsmi saytına müsahibəsi
 
- Samir, əvvəlcə Türkiyə toplanışı haqda fikirlərini öyrənmək istərdik. Hazırlıq necə keçdi? 
- Çox şükür ki, yaxşı hazırlaşa bildik. Məşqçilər korpusunun tərtib etdiyi plan üzrə məşq etdik. Yoxlama matçlarında gücümüzü sınadıq. Belə görüşlərin nəticəsi önəmli deyil, əsas olan hazırlıq səviyyəsini yüksəltməkdir. 

- Gəncəyə yaxın olan Göygöl rayonunda yaşayırsan. "Kəpəz”ə üstünlük verməyində bu amil də rol oynayıb?
- Əvvəlcə onu deyim ki, bu, mənim "Kəpəz”ə ikinci qayıdışımdır. Müqayisə etsək, klubda çox dəyişikliklər olub. Həmin dövrdən heyətdə bir futbolçu belə qalmayıb. Komandaya birinci gəlişim uğurlu alınmışdı, inşallah, bu dəfə ondan da yaxşı olar. Hər halda belə olmasını arzulayıram. Suala gəlincə, "Kəpəz” kimi Gəncə də mənə əziz, doğma yerdir. Seçimimdə bu da rol oynadı. Komandanın güclü fanat ordusu var. Əlimizdən gələnin ən yaxşısını edib onları sevindirməyə çalışacağıq. Turnir cədvəlində sonuncu olsaq da, qış fasiləsindən sonra vəziyyəti düzəltməliyik. Autsayder mövqeyində qurtulub yaxşı yerlər uğrunda mübarizə aparacağıq.    

- "Kəpəz” kimi rəqiblər də güclənirlər. Yəqin ki, asan olmayacaq. 
- Razıyam ki, bizim kimi bütün klublar da heyətini gücləndirmək yolunda addımlar atırlar. "Kəpəz” yeni transferlərlə iddiasını ortaya qoyub, demək olar ki, komanda yenidən qurulub. Məncə, çempionatda zəif komanda olmayacaq. Kollektiv olaraq üzərimizə düşən vəzifə nəticələri yaxşılaşdırmaqla sonuncu pillədən qurtulmaqdır.

- Bunun üçün nə etmək lazımdır? 
- Səylə məşq etmək, ciddi şəkildə hazırlaşmaq lazımdır ki, bizdə bunu Antalyada etdik. İndi oyunlarda mübarizə keyfiyyətlərini ən yaxşı şəkildə ortaya qoymalıyıq. Bundan əlavə hər bir futbolçu harada oynamasını başa düşməlidir. Bu klubun adı, tarixi, titulları var. Hazırda tutduğu yer "Kəpəz”in adına uyğun deyil. Xüsusən də bu cür azarkeşləri olan komandaya autsayderlik yaraşmır. Gəncədə futbol çox sevilir, mən bunu oynayanda görmüşəm. Yaxşı nəticələr göstərdikcə, stadiona axın artacaq. Bizdən küsən olmayacaq. 

- Azarkeşlər səndən nə gözləsinlər? 
- Əvvəl necə oynayıb diqqətləri üzərimə çəkmişdimsə, indi də elə çıxış etməyə, yenidən azarkeşlərin sevgisini qazanmağa çalışacam. Klubumuzun sonuncu yerdə qalmaması üçün əmin olsunlar ki, bütün bacarığımı ortaya qoyacam. Tək mən yox, həm də bütün komanda yoldaşlarım buna səy göstərəcək.       

- Yunis Hüseynov hücum futboluna üstünlük verən məşqçidir. Yarımmüdafiəçi mövqeyində çıxış etdiyindən buna uyğun taktika ilə oynamaq sənin də üzərinə böyük yük qoyacaq. Hazırsan?
- Bəli, mübarizəyə hazıram. Bunu göz önünə alaraq bura gəlmişəm. Boş yerə deməyiblər ki, ən yaxşı müdafiə elə hücumdur. Yunis müəllim Antalya toplanışında müvafiq taktiki gedişləri bizə başa saldı. Onun tapşırıqları üzərində işlədik və çempionat oyunlarında üzərimizə düşəni edəcəyik. Hansı komandaya qarşı necə oynacağımızı zaman göstərəcək.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

05 İyun 2020
18:40

Bundesliqada 30-cu tur həyəcanı: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Super Liqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

09:05

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

09:00

"Neftçi"nin sabiq baş məşqçisinə İtaliya klubundan təklif

00:30

"Xəzər Lənkəran"da oynamış yarımmüdafiəçi baş məşqçi oldu

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Sabiq çempion qolunun hansı vəziyyətə düşdüyünü göstərdi və pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

09:17

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi göndərildi

09:00

"Barselona" Neymardan imtina etdi

08:20

Gözəl gimnastın çimərlik FOTOsu olay oldu

Facebookdan bizi izləməyi unutmayın.