16:56 20.04.2021 210

Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub - FOTOLAR

Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.

Fanat.Az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı onlayn formatda keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin anası Fatma Məmmədova, "Breyn Rinq" layihəsinin və İTV-nin aparıcısı DJ Fateh, "İDEA" şahmat klubunun rəhbərliyi, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, şəhidin qohumu, "Report" İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov, "Report" İnformasiya Agentliyinin idman departamentinin redaktoru Elşən Məmmədov və yarışın baş hakimi Fidan Talıbova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Raqif Abbasov iştirakçıları gənclər və idman naziri Azad Rəhimovun və turnirinin təşkilatçıları adından salamlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açan İdarə rəisi 30 illik işğala son qoyan qəhrəmanlarımızdan birinin də İlkin Məmmədzadə olduğunu diqqətə çatdırıb. Şəhidin həyat yolundan, uğurlarından danışan Abbasov bildirib ki, döyüş meydanında göstərdiyi şücaət onun ömür yolunun bir hissəsidir:

"Hər şəhidin həyat yolu bir dastandır. Onlar haqqında günlərlə danışmaq olar. Belə övlad yetişdirdiyi üçün əziz anamızın qarşısında baş əyirəm. Biz bu bu gün onların hesabına başımızı dik tuturuq. Bir neçə saat əvvəl Hərbi Qənimətlər Parkında idik. O hissləri sözlə ifadə etmək mümkün deyil. Bu, bizim döyüş meydanındakı qələbəmizin bir hissəsidir".

R.Abbasovun sözlərinə görə, İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş turnirin davamlı şəkildə olmasına çalışıcaqlar:

"Pandemiya səbəbindən tədbiri onlayn formatda keçiririk. Yarışlar çox olur. Bundan sonra da olacaq. Amma şəhidin xatirəsinə həsr olunmuş yarışda qazanılan uğur, diplom, qalibin şəxsi əşyaları arasında xüsusi yer tutacaq. Çox istərdik ki, Baş İdarədə keçiriləcək təltifolunma məraisimini şəhid anası etsin. Bu, sizlər üçün zərrə qədər də təsəlli olsa, buna ancaq sevinərik. Şəhidlərimizin ruhunu yaşatmaq üçün əlimizdən gələni etməliyik".

Daha sonra söz DJ Fatehə verilib. İlkin Məmmədzadə ilə bağlı xatirələrini bölüşən telejurnalist onun yoxluğunu ağır itki hesab etdiyini söyləyib:

"Hər şeydən öncə Fatma xanımı salamlamaq, acısını bölüşmək istəyirəm. İlkin "Breyn Rinq"in iştirakçılardan biri idi. Onun şəhid olduğu gün feysbuk səhifəmizdə bu barədə məlumat yazılanda hamı İlkini xatırladı. Hamımız üçün ağır itki oldu. Böyük faciə baş verdi, heyf ki, onu itirdik. İlkin hansı sahədə çalışmasından asılı olmayaraq, özünü ən yaxşı tərəfdən göstərdi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İlkinin xatirəsini hər zaman əziz tutacağımıza söz verirəm. Arzu edirəm ki, ailəsi bir də belə ağır itki ilə üzləşməz".

Turnirin təşkilinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür edən DJ Fateh idarənin hər zaman tarixdə iz qoymuş qəhrəmanlarımızı yada saldığını xatırladıb: "Hər zaman bu cür işlərlə başımızı uca edib. Təşkilatçılar arasında bu idarənin adını eşidəndə fərəh hiss keçirdim ki, İlkin də diqqətdən kənarda qalmayıb. Şəhidimizin xatirəsinə şahmat turnirinin keçirilməsi onun hərbçi kimi də itizəkalı insan olmasının göstəricisidir. Rəmzi mükafatlar olacaq. Mükafatlandırmada Fatma xanımın iştirakı hamını sevindirəcək. Allah bütün şəhidlərimizə rəhmət etsin".

Ardınca çıxış edən şəhidin anası Fatma Məmmədova təşkilatçıları və qonaqları salamlayaraq, əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib:

"Sağ olun ki, övladımın adını əbədiləşdirirsiniz. Qələbədə tarix yazanlardan biri də mənim 28 yaşlı övladım oldu. İlkin həm yaxşı insan, həm dost idi. Ölümündən sonra ailəmizi daha da qürurlandırdı. Onu dəfn edəndə təşəkkür etdim ki, bizə bu qüruru yaşatdı. Şahmat oyunu da hərb kimidir. Yarışda iştirak edən hər kəsə uğurlar arzu edirəm".

Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov isə İlkin Məmmədzadənin bu komandanın üzvü olmaqla yanaşı, həm də onu özünə kiçik qardaş saydığını deyib: "Hər şeydə nümunə idi. Gəncədə Aqrar Universitetdə oxuyanda imtahanlarında iştirak etmişəm. Elə insanlar çox az olur. Vətənpərvər uşaq idi. Xəbərini eşidəndə çox pis oldum. Sumqayıtdan olsa da, Gəncəmizin fəxri idi. Hər şeydə adı kimi ilkin olmağı bacardı. Danışmaq həqiqətən çox çətindir. İlkin gənclərə nümunə olub, elə də qalacaq. Gəncədə ikinci vətənində onun xatirəsinə turnir keçirilməyi planlaşdırırıq. Sevindiricidir ki, belə oğullar unudulmur".

Daha sonra şəhidin qohumu Pərvin Abbasov onunla bağlı fikirlərini bölüşüb. O, İlkin Məmmədzadənin ideal insan olduğunu bildirib:

"İlkin mənim anamın əmisi nəvəsidir. Yaşca məndən kiçik olduğuna görə uşaqlıqda mənə "dayı" deyərdi. Uşaqlığının böyük hissəsi gözümüzün qabağında keçib. Gözəl ailə tərbiyəsi almış oğlan idi. Elə bir insan idi ki, hansı sahədə olmasından asılı olmayaraq, hər işi vicdanla yerinə yetirərdi. Bəzən dünyadan köçmüş insanlar haqqında ən yaxşı sözləri deməyə çalışırıq. Amma İlkin doğrudan da ideal insan idi. Daim kitab oxuyurdu. Pis vərdişlərdən uzaq, layiqli, vicdablı, vətənpərvər vətəndaş idi. Şəhid olması hamımızı üzdü. Daim qəlbimizdə yaşçayacaq. Tədbirin təşkilatçıları və iştirakçıların hər birinə minnətdarlığımı bildirirəm".

Sonda isə Elşən Məmmədov çıxış edərək, belə oğullarla fəxr etdiyini söyləyib: "Bütün təşkilatçıları və iştirakçıları salamlayıram. Bu, ilk belə turnir deyil. Raqif müəllim başda olmaqla, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi indiyədək 100-dən çox şəhidin xatirəsinə turnir təşkil edib. Biri də bizim ailənin üzvü, qardaşım oğlu Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş Beynəlxalq Zəfər Kuboku idi. Yüksək səviyyədə turnir alındı. İştirakçı ölkələrin sayı və miqyasına görə beynəlxalq status qazandı. Hətta qaliblər arasında beynəlxalq usta da var idi. Bütün şəhidlər bizim üçün qürur mənbəyidir. Hər biri ilə fəxr edirik. İlkinin ailəsinə baş çəkdik. Orada xatirə bulağı istifadəyə verildi. Necə ziyalı ailədə böyüdüyünü gördük. Fəxr edirik ki, bizim belə oğullarımız, şəhidlərimiz var".

Sonda isə yarışın hakimi Fidan Talıbova qaydalar barədə iştirakçıları məlumatlandırıb: "Allah şəhidimizə rəhmət etsin. Ailəsinə səbr diləyirəm. Şəhidlərin xatirəsinə 100-ə yaxın turnirimiz baş tutub. Bunların ərsəyə gəlməsində xüsusi rolu olan Raqif müəllimə təşəkkür edirəm. Şəhidlərimizin qəhrəmanlıqlarını tanıtmaqda rolumuz varsa, buna yalnız sevinə bilərik. İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Bu da beynəlxalq turnir statusu daşıyacaq. Türkiyə və Gürcüstandan hərəyə 2, Rusiya və İrandan isə 1 şahmatçı iştirak edəcək. Ümumilikdə isə turnirə 100-dək iştirakçının qoşulacağı gözlənilir".

Zəfər Kuboku Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubunun təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb, məktəbi fərqlənmə ilə bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib, "Xəmsə" və "Breyn Rinq" yarışmalarına qatılıb. 2012-ci ildə Universiteti qırmızı diplomla başa vurub. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində magistr təhsili alıb.

2016-cı ilin fevral ayından etibarən hərbçi kimi xidmətə başlayıb. İlkin Məmmədzadə Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxaran baş leytenant oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubu pandemiya dövründə müntəzəm olaraq onlayn yarışlar təşkil edir. Daha əvvəl Qubadan olan Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə beynəlxalq Zəfər Kuboku keçirilib.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2021
02:43

PSJ ulduz forvardı istəyir

01:31

Zinəddin Zidan "Real"dan gedəcəyini açıqladı - SON ANDA

01:27

Komandası xal qazandı, Eddi...

00:46

A Seriyası: "Atalanta" ÇL-də, çempion Turində uduzdu

00:37

İPL: "Lids"dən darmadağın

00:03

Cüdoçularımız finalda uduzdular

15 May 2021
23:13

Türkiyə Superliqası: "Beşiktaş" çempion oldu

22:59

Orxanın komandasına divan tutdular

22:25

"Çelsi"ni yenib qalib oldular

20:21

Almaniya Bundesliqası: "Borussiya" uduzdu, çempion bərabərə qaldı

19:28

Pike La Liqanın İPL-dən nədə üstün olduğunu açıqladı

18:35

Stiven Cerrardın "Reyncers"indən daha bir parlaq nəticə

18:13

İbrahimoviçin AÇ arzusu gözündə qaldı - RƏSMİ

17:44

Çempionluq Kuboku və medallar "Dalğa Arena"da veriləcək

16:57

Erməniləri məğlub edən cüdoçularımız finalda

16:25

İbrahimoviçin zədəsi ilə bağlı son durum

16:17

"Tottenhem"in ulduzu Qvardiolanın qızı ilə yaxalandı - FOTOLAR

15:30

Superliqa klubunda üç yeni yoluxma

15:04

"Qəbələ" 433 gündən sonra penalti vurdu

14:33

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

14:13

Raul Zidanın yerinə keçir

13:36

Şenol Güneş: "Azərbaycanı öz meydanımız kimi görürük"

13:06

Fan-klublar tribunalara qayıtmaq üçün AFFA və PFL-ə müraciət etdi

12:47

Neymar kubokun finalında iştirak etməyəcək

12:25

Günün oyunları bu kanallarda - AFİŞA

11:53

Aftandil Hacıyev üçün əlamətdar oyun

11:47

150-ci oyun, 60-cı məğlubiyyət

11:34

Bu gün Türkiyə çempionu müəyyənləşəcək: Qalib kim olacaq?

11:22

Mxitaryan özünə yeni klub axtarır

10:55

"Barselona" 14 futbolçunu "gözdən çıxartdı"

10:38

Azərbaycan millisinin baş məşqçisi dəyişdirildi

10:13

"Neftçi"nin çempionluğuna hamı inanır" - MÜSAHİBƏ

09:45

AVRO-2020-nin Bakıdakı oyunlarının biletləri satışda

09:29

Azərbaycanda tanınmış futbol məşqçisinin ailəsində faciə

00:45

"Qarabağ" liderliyini bu zəfərlə qorudu - VİDEO

00:40

"Neftçi" - "Qarabağ" matçının başlama saatı açıqlandı

00:26

"Zirə" 3-cü pilləyə belə yüksəldi - VİDEO

00:09

"Neftçi" Sumqayıtdan qalib döndü - VİDEO

00:04

"Neftçi" iki hücumçusunu birdən göndərir

14 May 2021
23:40

"Traktor" xalla kifayətləndi

22:30

"Qəbələ" "Sabah"la sülh bağladı - VİDEO

22:13

Aftandil Hacıyev: "Diqqətimiz son oyundadır"

21:49

"Hondanın ehtiyatda qalmasının planla əlaqəsi yox idi" - Samir Abasov

21:45

Rəşad Sadıqovdan qələbə şərhi

21:31

Ayxan Abbasov: "Bəzi məqamlar adama üzür"

21:27

"Ən ürəksiz qərarlarımdan biri idi" - Qurban Qurbanov

21:14

"Keşlə"nin baş məşqçisi: "Sərgilədiyimiz oyun məni məyus etdi"

20:57

Çempionluq son tura qaldı: "Qarabağ" və "Neftçi"dən qələbə

20:35

SOCAR UEFA ilə tərəfdaşlığı dayandırdı - RƏSMİ

19:53

"Sabah"ın baş məşqçisi isti havadan şikayətləndi

19:41

Elmar Baxşıyev: "Penalti təyin olunmalı idi"

15:35

AVRO-2020: Bakıdakı oyunlar üçün biletlər satışa çıxarılır

15:17

Yığmamız Avropa çempionatına bu heyətlə yollanır

14:35

Millimiz Monteneqroya qarşı

13:44

Anası Ronaldunu bu kluba aparır - Sürpriz transfer

13:37

MLS-də ən çox məvacib alan futbolçuların adları bəlli oldu

13:25

Arif Rəhimov: "Formula 1" uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşmır"

12:30

Türkiyə millisinin AVRO-2020 üçün geniş heyəti - Sürpriz adlar var

12:12

Azərbaycanlı futbolçu Nepal klubundan ayrıldı

11:19

AVRO-2020-nin rəsmi mahnısı - VİDEO

10:55

"Fənərbağça"da "yarpaq tökümü": 7 futbolçu gedir - SİYAHI

10:49

"Barselona" Aquero ilə danışıqlara başladı

10:15

Messi Parisdə ev seçir - PSJ-yə keçir?

01:57

La Liqa: "Real" ikinci pilləyə darmadağınla qalxdı

01:51

A Seriyası: Autsayder evdə sevindi

01:46

Fransa Kubokunun finalçıları bilindi

01:15

Almaniya Kubokunun finalında darmadağın

01:02

İPL: "Liverpul" "Mançester Yunayted"i "əzişdirdi"

00:02

"Qarabağ" və "Neftçi"nin oyunlarına bütün təyinatlar açıqlandı

13 May 2021
22:40

"Dinamo" "Şaxtyor"u "qızıl dubl"la haqladı

Facebookdan bizi izləməyi unutmayın.