15:30 11.03.2020 500

AGİN federasiyalardan hesabat tələb edirmi? - AÇIQLAMA

Azərbaycanda səksəndən çox idman federasiyası var. Çoxluğuna aldanmayaq! İmkanlarına görə iki qrupa bölünən federasiyalar sponsorlu və "ələ baxanlar” kimi xarakterizə edilir. Maraqlıdı ki, bir çoxlarının varlığndan  Gənclər və İdman Nazirliyinin saytından başqa, heç bir rəsmi mənbədən xəbər tutmaq olmur. Necə ola bilər ki, AGİN-nin rəsmən dəstəklədiyi ictimai qurumlar işinə qeyri-peşəkar yanaşsın? Əksəriyyətinin saytı yox, olanların çoxu isə bərbad səviyyədə... Axı mətbuat ilk olaraq qurumun fəaliyyətini, gördüyü işləri, hesabatlarını saytları vasitəsi ilə izləməlidi. "AGİN həmin federasiyalardan hesabat tələb etmirmi” kimi suallar çoxdu. Elə bu səbəbdən də nazirliyin mətbuat katibi Səmayə Məmmədova ilə əlaqə saxlayıb suallarımızı ünvanladıq. 

- Federasiya ilə nazirliyin qarşılıqlı öhdəliyi varmı?
- Federasiyaların idmançılarının nazirlik tərəfindən təsdiq olunmuş əsasnaməsi var. Bu sənədə əsasən ilin sonunda növbəti il üçün idmançıların gedəcəkləri yarışlar təqdim edilir. Bu yarışlar təsdiq olunmuş əsasnamənin qaydalarına uyğun olmalıdı. Yəni orda ölkələrin sayı, çempionatın nüfuzu, neçə idmançının qatılacağı nəzərə alınır. İdmançıların yarışa göndərilməsi, müxtəlif dərmanlarla təmin olunması, eyni zamanda, təlim-məşq toplanışlarının xərci nazirlik tərəfindən ödənilir. Nazirliyin saytının idman bölməsində tədbirlər haqda məlumat var. Həmin o təqvim əsasnaməyə uyğun olaraq federasiyalar tərəfindən təqdim olunan yarışların təqvimidi. Həmçinin orda təlim məşq toplantıları da əksini tapıb. Bakıda, rayonlarda və ölkə xaricində keçirilən... 

- Bura AFFA, AŞF də aiddi? 
- Xeyr, sponsoru olan federasiyalar aid deyil. 

- Nazirlik tərəfindən federasiyalardan illik hesabat tələb edilirmi? 
- Bayaq dediyim kimi, əsasnaməyə uyğun olaraq federasiyalar bizə yarış cədvəlini, təlim-məşq toplantılarını təqdim edirlər və bunun əsasında onlara maliyyə ayrılır. Təbii ki, güləşə ayrılan maliyyə ilə ciucitsuya ayrılan maliyyə ilə eyni ola bilməz. Güləş Olimpiya idman növüdü. 

- Bəs sponsoru olan federasiyalar nazirliyə maliyyə hesabatı təqdim edirmi? 
- Sponsor xətti ilə yarışlara qatılan federasiyalar nazirliyə hesabat təqdim etmir. Onların bizə aidiyyatı yoxdu. Məsələn, karate üzrə Avropa çempionatını nazirlik keçirəcək. Bu yarışın bütün xərclərini Azərbaycan Gənclər və İdman Nazirliyi qarşılayacaq. Buna görə karate federasiyası bizə hesabat təqdim edəcək. Bizim hər bir idman növü üzrə kuratorumuz var. Bu məsələlərlə bağlı əmrlər və təkliflər hazırlanır, ilin sonunda nəzərdən keçirilir, yoxlanır. O ki qaldı sizin dediyiniz yoxlanışa, mütləq şəkildə bizim kuratorlarla federasiyanın nümayəndələri həmişə fikir mübadiləsi aparır. Artıq keçən həftədən Olimpiada ərəfəsində olduğumuz üçün cənab nazirlə hər bir federasiya rəsmilərinin ayrı-ayrılıqda görüşləri başlayıb. Cənab Azad Rəhimovla federasiyaların nümayəndələri müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparır. Məsələn, filan idman növündə bizi hansı uğurlar gözləyir? Və ya hansı idman növündən Olimpiadaya lisenziyalar qazanacağıq? Hansı boşluqları Olimpiadaya qədər doldurmalıyıq? Yəni biz federasiyalarla işi gündəlik aparırıq. 

- AGİN-nin rəsmi saytında federasiyalar haqında məlumatlar bölümündə həmçinin də rəsmi saytları qeyd olunur. Təəsüflər olsun ki, bəzi saytların durumu bərbaddı. Məsələn, Azərbaycan Şahmat Federasiyasının saytı. Bu tip federasiyalara heç olmasa,  tövsiyyə xarakterli bildirişlər vermək hüququnuz yoxdu?
- Biz onları maliyyələşdirmədiyimiz üçün irad bildirməyimiz doğru olmaz. Təbii ki, iradlarınızı nəzərə alacağıq. Mən Mahir müəllimlə (qurumun vitse-prezidenti mahir Məmmədovu nəzərdə tutur - red.) danışacam. Deyəcəm ki, jurnalistlər tərəfindən belə bir fikir irəli sürülüb ki, sizin saytınız olsa, çox yaxşı olar. Ümid edirəm ki, müsbət cavab alacağam. 
 
Rafael
Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

19 Yanvar 2021
01:33

A Seriyası: İbrahimoviç dubl etdi, lider səfərdə qazandı

01:23

İngiltərə Premyer Liqası: "Arsenal" darmadağına sevindi

00:02

İtaliya təmsilçisinin baş məşqçisi qovuldu

18 Yanvar 2021
22:51

"Traktor" Təbrizdə "qəzaya uğradı"

22:21

AFFA Rusiya klublarında 4 futbolçu "tapıb": Milliləşdirmə davam edir - ADLAR

22:00

Samir Abasov: "Adeniyini "Neftçi"yə calamaq istəyənlər var idi"

21:47

Premyer Liqada daha 16 yoluxma

21:35

"Neftçi" "Bazel"in hücumçusuna təklif göndərdi

20:56

Bekhemin klubu tanınmış ingilisə tapşırıldı - RƏSMİ

20:05

Belarus dünya çempionatından məhrum edildi

19:16

"Zirə" - "Qəbələ": 23-cü duel

18:04

"Sumqayıt"ın legioneri: "İranda əkin sahəsinə bənzər yerdə məşq edirdik"

17:37

"Bilinməyən" Ruslan Abışov - VİDEO

17:12

"Neftçi"nin liderliyi üzərimizdə təzyiq yaratmır" - "Qarabağ"ın kapitanı

16:51

Depayın gözü top-klublarda

16:35

Millimizin futbolçusunun Niderland klubunda debütü niyə ləngidi?

16:16

Məşhur İtaliya klubunun adı və loqosu dəyişdirilir

15:57

Mancukiç Milana yollandı

15:39

DİN futbol oynayan yeniyetmələrə xəbərdarlıq etdi

15:23

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:21

"Sumqayıt" müdafiəçisi ilə vidalaşdı

15:04

İdman və fitnes zalları hansı qaydalarla bərpa oluna bilər?

14:41

"Çelsi" bu futbolçuya görə transfer rekordunu qırmaq istəyir

14:35

Mehdi İranda başına gələnlərdən danışdı

14:31

"Ayntraxt" "Real"la belə zarafatlaşdı

14:31

Yaponiya hökümətindən olimpiada açıqlaması

14:14

Günün oyunlarına necə baxaq? - AFİŞA

13:54

Gənclər və İdman Nazirliyi Operativ Qərargaha üçüncü dəfə müraciət etdi

13:35

Berti Foqts: "Avropa çempionatı təxirə salınmalıdır"

13:16

Qərb derbisində "Kəpəz" sevindi

12:57

Futbol ulduzlarından yaddaqalan sitatlar

12:34

Vidal rəqibin emblemini niyə öpüb? - ÖZÜ DEDİ

12:15

"Real" 400 milyon avro itirdi

11:56

Azərbaycan yığması 11 aydan sonra məşqlərə başladı

11:35

AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir

11:13

Messini 4 oyunluq cəza gözləyir

10:53

Mesut Özil "Fənərbağça"ya keçidindən danışdı

10:34

"Çelsi"yə "yox" deyən futbolçuya iki elçi

10:17

Millimizin heyəti açıqlandı

09:51

Məşhur futbolçunun arvadı qarın içində soyundu - FOTOLAR

09:29

"Mançester Yunayted"in Bundesliqadan futbolçu bəyənib

00:36

Levandovskidən inanılmaz rekord

17 Yanvar 2021
23:57

Almaniya Bundesliqası: Lider qələbə qazandı, Yoviç dubl etdi

22:09

İstanbul derbisində 2 qol vuruldu

21:29

Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı

21:07

“Fənərbağça” rəsmən açıqladı: Mesut Özil İstanbulda

19:43

Azərbaycan I divizionunda yeni klub

17:57

Millinin sabiq futbolçusu 40 yaşında öldü

17:21

Yoluxma sayı açıqlandı

16:59

"Neftçi"nin legioneri: "Toplanışın Bakıda olması daha yaxşıdır"

16:24

"Yuventus"un Pol Poqba planı

15:53

Fernando Torres məşqçiliyə başladı

15:21

"Milan"ın heyətində koronavirus şoku

14:50

Qazzayev Kramarenkonun təyinatından danışdı

14:17

Mahir Emreliyə Polşadan "elçi" var

13:44

"Fənərbağça" iki futbolçu ilə anlaşdı

13:10

Gimnastlarımıza ad verildi

12:49

Rövnəq Abdullayevdən Premyer Liqada klub sayı ilə bağlı AÇIQLAMA

12:12

"Barselona" “Mançester Yunayted”dən futbolçu alır

11:50

Azərbaycanlı məşqçi rəsmən Moskva ÇSKA-sında

11:32

İtaliya klubunda növbəti yoluxma

10:50

“Bavariya” hücumçusunu icarəyə verdi

10:31

Əfsanəvi futbolçunun ŞOK görüntüləri yayıldı

10:07

Şərifov Şərifov sıradan çıxdı

09:49

"Çelsi" London derbisində qalib gəldi - VİDEO

09:33

Messinin "Barselona" qərarı açıqlandı

09:00

Yoldaş Mamedov, yaraşırmı?

01:58

Şərif Şərifov medalsız qaldı - QIZIL ALA BİLDİKMİ?

16 Yanvar 2021
23:01

Kuman: "Son qərarı Messi özü verəcək"

21:43

Veynaldumun yeni klubu açıqlandı - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.