Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib.
Fanat.Az xəbər verir ki, Köndələnçay su anbarında peşəkar avarçəkənlərin nümunəvi çıxışları olub, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil edilib. Həmçinin sakinlər avarçəkmə qayıqları və trenajorlarda özlərini sınamaq imkanı əldə ediblər.
Qeyd edək ki, 20-dən artıq ölkədən 200-dən çox idmançının iştirak edəcəyi reqata aprelin 30-dan mayın 2-dək keçiriləcək.