Kanoe üzrə Dünya kuboku davam edir.
Fanat.Az xəbər verir ki, Macarıstanın Seqed şəhərində keçirilən yarışda iştirak edən Azərbaycanın yeganə təmsilçisi Tatyana Smilovenko 500 m məsafədə çıxışını başa vurub.
O, B finalına qatılıb. Məsafəni 2 dəqiqə 17,02 saniyəyə qət edən idmançımız finişə 3-cü çatıb. A finalında 9 kanoeçinin iştirak etdiyini nəzərə alsaq, Tatyana ümumilikdə 12-ci olub.
Qeyd edək ki, idmançımız bu gün 200 m məsafədə start xəttinə çıxacaq.