Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Mingəçevirdə təşkil olunacaq yarışda 70-ə yaxın idmançı iştirak edəcək.
“Gənclər kuboku”nun keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.
Turnirin açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və FGA-nın prezidenti Vüqar Əhmədov iştirak ediblər.