Azərbaycan para-üzgüçüsü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən üzrə dünya çempionatınının qızıl medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə 24.18 nəticə göstərərək finişə birinci çatıb.
Qeyd edək ki, bu, R.Saleyin dünya çempionatında üçüncü medalıdır. O, öncəki günlərdə keçirilmiş yarışlarda 2 gümüş mükafata layiq görülüb.