Gənclər və idman naziri Fərid Qayıbov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadəni təbrik edib.
Fanat.Az xəbər verir ki, nazir bununla bağlı özünün sosial şəbəkə hesabında post paylaşıb.
"Üzgüçülük üzrə Avropa çempionatında ilk dəfə medal qazandıq. Bu tarixi uğura gənc idmançımız Ramil Vəlizadə nail oldu" - F.Qayıbov yazıb.