"Sumqayıt" komandası Misli Premyer Liqasında növbəti iki ev matçını "SOCAR Polymer Arena"da keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qərar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar qəbul edilib.
Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl stadiona baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.