"Sumqayıt" yeni legionerlə gücləndi

"Sumqayıt" yeni legionerlə gücləndi

“Sumqayıt” basketbol klubu yeni oyunçu ilə güclənib. Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ABŞ-li Cordan Vatsonu heyətinə qatıb. 31 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. 188 sm boya malik oyun qurucusu son olaraq Slovakiyanın “Slovan Bratislava” klubunda çıxış edib. O, buna qədər Litva, Serbiya, Latviya və Bosniya və Herseqovina liqalarında da çıxış edib. Vatson ötən mövsüm “Slovan”da hər oyunda orta hesabla 16,2 xal, 4,4 məhsuldar ötürmə ilə yadda qalaraq komandasının finala yüksəlməsində böyük rol oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər