Türkiyə təmsilçisi "Ankaragücü" baş məşqçisi Fuat Çapa ilə yolları ayırıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Superliqanın 9-cu turunda səfərdə "Göztepe"dən alınan 1:3 hesablı yenilginin ardından klub rəhbərliyi sözügedən mütəxəssislə iş birliyinə son qoymaq qərarına gəlib.
Çapa "Ankaragücü"yə bu ilin sentyabrında baş məşqçi təyin edilmişdi. Yeddi oyuna 2 xal toplamağı bacaran ankaralılar çempionatın turnir cədvəlində sonuncu yerdədir.
Fanat.Az