12:35 09.06.2023 794

Taekvondonun Bakı fiaskosuna sözardı - Federasiya niyə susur?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

29 may-4 iyun tarixlərində Azərbaycan paytaxtı Bakı növbəti məsul idman yarışına - taekvondo üzrə dünya çempionatına ev sahibliyi etdi. Sayca 26-cı olan mundialda 144 ölkədən 921 idmançı qüvvəsini sınadı. 

Dünya Taekvondosunun 50 illiyinə təsadüf edən dünya çempionatı rekord sayda izləyici auditoriyası toplaması ilə diqqət çəkdi. Belə ki, 21,7 milyon insan TikTok sosial şəbəkəsində #Baku2023wtc haştaqı ilə paylaşım edib. 1,6 milyon insan isə TikTok üzərindən də yayımlanan, 7 gün davam edən yarışa baxıb.

Azərbaycan yığması ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi dünya çempionatına 13 idmançı ilə qatılmışdı. Lakin onlardan heç biri mükafata layiq yer tuta bilmədi. Azərbaycan təmsilçilərinin ən yaxşı nəticəsi 1/4 finaladək irəliləmək oldu.

Bu yerdə statistikaya müraciət edərək 2001-ci ildən indiyədək qatıldığımız mundialların nəticəsini diqqətinizə çatdırırıq.

2001 Cecu, Cənubi Koreya – 1 qızıl (Niyaməddin Paşayev) 
2003 Qarmiş-Partenkirxen, Almaniya – 4 bürünc (Zahid Məmmədov, Niyaməddin Paşayev, Rəşad Əhmədov, Təvəkkül Bayramov)
2005 Madrid, İspaniya – medal qazanmamışıq
2007 Pekin, Çin – 1 gümüş (Təvəkkül Bayramov)
2009 Kopenhagen, Danimarka – 1 bürünc (Rəşad Əhmədov)
2011 Kyancu, Cənubi Koreya – 1 bürünc (Ramin Əzizov)
2013 Puebla, Meksika – 2 bürünc (Radik İsayev, Fəridə Əzizova)
2015 Çelyabinsk, Rusiya – 1 qızıl (Radik İsayev)
2017 Mucu, Cənubi Koreya – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Məhəmməd Məmmədov)
2019 Mançester, İngiltərə – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Fəridə Əzizova)
2022 Qvadalaxara, Meksika – 1 bürünc (Cavad Ağayev).

Göründüyü kimi, 2001-ci ildən bu yana qatıldığımız DÇ-lərdə sadəcə bir dəfə - uzaq 2005-ci ildə medalsız qalmışıq. Eyni halın 18 il sonra doğma divarlar arasında təkrarlanması təbii ki, olduqca arzuolunmaz haldır.

Azərbaycanda taekvondonun heç də yaxşı dövrünü yaşamadığı idmanı yaxından izləyən hər kəsə məlumdur. Legionerlərin hesabına Rio-2016 Olimpiadasında üç medal qazanan milli komanda 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında fiaskoya uğradı. Oyunların ardınca 
kişilərdən ibarət millinin iranlı baş məşqçisi Reza Mehmandust ötən il onunla işləmək istəməyən idmançılara görə istefaya göndərilsə də, cəmi 1 ay sonra - qızıl medalsız qaldığımız İslamiadanın ardından yığmaya geri qaytarıldı. Buna səbəb həmin istefanın federasiya prezidenti Kəmaləddin Heydərovun icazəsi olmadan edilməsi idi. Qurum rəhbəri ötən ilin sonunda qadınlardan ibarət millidə də baş məşqçi dəyişikliyi edərək sükanı əvvəllər də yığmada çalışmış cənubi koreyalı Park Mi-suna tapşırdı.

Ancaq gedişat göstərdi ki, federasiya rəhbərinin qərarları uğursuzdur. Sözügedən mütəxəssislərin aldığı yüksək məvacib qarşılığında doğma divarlar arasında baş tutan çempionatda yaşanan nəticənin sadəcə bir adı var: Fiasko. 

Belə başa düşmək olar ki, federasiya rəhbəri əcnəbi mütəxəssisin rəhbərliyi altında 5 il əvvəlki Olimpiadada qazanılan medalların təsiri altındadır. Ancaq görünür, unudur ki, həmin medalların hər biri yerli deyil, legioner idmançıların sayəsində əldə olunmuşdu. İndi nə olimpiya çempionu Radik İsayev var, nə də bürünc medalçı Milad Beiqi Hərçəqani. Hazırda millidə olan Patimat Abakarova isə həmin oyunlardan bu yana ciddi heç nə ilə yadda qalmayıb. Bu məqamı da qeyd etmək yerinə düşər ki, əslən azərbaycanlı kişi taekvondoçu, başqa sözlə, yerli taekvondo məktəbinin yetirməsi sonuncu dəfə uzaq 2012-ci ildə ölkəmizi Olimpiya Oyunlarında təmsil edib. Bəhs olunan idmançıdan - Ramin Əzizovdan sonra ardıcıl dünya və Avropa çempionatlarında medal qazanan qeyri-legioner də yoxdur. Bu isə elə o anlama gəlir ki, Əzizovdan sonra bizim böyüklərdə dünya səviyyəli taekvondoçumuz yoxdur. Bəs bu qədər boşluq nədən irəli gəlir? Əlbəttə ki, qurumdakı yarıtmaz idarəçilikdən.

Üstəlik, nəzərə alsaq ki, mundial Paris-2024-ə ən çox lisenziya xalı qazandıran yarış idi, belədə biz önəmli reytinq xallarından da məhrum olmuş olduq. Hərçənd indiki vəziyyətdə dördilliyin əsas yarışında nəyəsə nail olmağımız sadəcə sensasiya olar.

Bəs uğursuzluğun səbəbləri açıqlanıb, hesabat veriləcəkmi? Bununla bağlı federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevlə əlaqə saxladıq. O, federasiya rəhbərinin göstərişinə əsasən danışa bilməyəcəyini, yaxın günlərdə qurumda toplantı baş tutacağını, yalnız bundan sonra mediaya açıqlama veriləcəyini bildirdi. Gözləyək...

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:54

MPL: Tovuzda 2-ci qol - YENİLƏNİR

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

Facebookdan bizi izləməyi unutmayın.
X