Polşada təşkil olunan III Avropa Oyunlarında taekvondo yarışları davam edir.
Fanat.Az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın bir təmsilçisi çıxış edəcək.
87 kq-da yer alan Taleh Süleymanov 1/8 finalda Aleksandr Baxmanla (Almaniya) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl taekvondoçular iki medal qazanıblar. Səyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafata sahib çıxıb.