Taekvondo üzrə Azərbaycan milli komandası Antalyada keçirilən Türkiyə açıq çempionatında daha bir medal qazanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında mübarizə aparan yığmamızın heyətində Cavad Ağayev fəxri kürsüyə qalxıb.
74 kq çəki dərəcəsində yarışan milli üzvü çempionatı bürünc medalla başa vurub.
Bununla da, komandamızın Antalyada qazandığı medalların sayı 7-yə çatıb. Böyüklərdə 3-cü olan C. Ağayevdən öncə yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 sm), Məryəm Cəfərova (152 sm) qızıl, Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm), Çingiz Həsənov (172 sm) gümüş və Gülay Əliyeva (160 sm) bürünc mükafata sahib olub.
Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə çempionatın ən yaxşı referisi seçilib.