Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda Azərbaycanın daha bir taekvandoçusu fəxri kürsüyə yüksəlib.
Fanat.Az Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bu nəticə ilə millimizin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib. Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.