Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın “Alpman” klubunun idmançısı fəxri kürsüyə yüksəlib.
46 kq çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva turniri gümüş medalla başa vurub.
Millimizin də şərəfini qoruyan taekvondoçu 1/8 finalda Maria Maqdalini Mitiliniounu (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib. O, ardınca Eşli Laytfuta (Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyeva yarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib – 2:0.
İdmançı finalda türkiyəli Nazlı Kesginlə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin xeyrinə (2:0) yekunlaşıb.