Azərbaycanın cüdoçusu Hidayət Heydərov (73 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti döyüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamızın lideri Kosovodan olan idmançı Akil Qyakova ilə qarşılaşıb.
Hidayət rəqibini "qızıl xal"da üstələyərək növbəti mərhələyə finala adlayıb.
O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.