Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvila ilə üz-üzə gəlib.
Maqomedov rəqibini ilk hissədə 9:4, ikinci yarıda 11:1 hesabı ilə yenərək adını finala yazdırıb.
Onun finaldakı rəqibi Cənubi Koreya taekvondoçusu Park Taejoon olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.