Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla qarşılaşıb.
12:3 hesablı qələbəyə sevinən Sabir "bürünc"ü boynundan asıb.
Qeyd edək ki, bu, Azərbaycanın Yay Paralimpiya Oyunlarında ilk medalı olub.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.