Tokio-2020-də iştirak edəcək iki taekvondoçumuzun Yaponiya paytaxtına səfər tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarışa qatılacaq komandamızın üzvləri iyulun 18-də Tokioya yola düşəcək.
Hər iki taekvondoçumuz iyulun 26-da dayanq üzərinə çıxacaq. Yarış başa çatdıqdan 1 gün sonra isə komandamız Bakıya qayıtmağı planlaşdırır.
Taekvondo yarışlarında ölkəmizi qadınlarda Fəridə Əzizova (67 kq), kişilərdə isə Milad Beiqi Harçeqani(80 kq) təmsil edəcək.
Taekvondoçularımız Olimpiadaya Bakıda hazırlaşır.
Qeyd edək ki, Tokio-2020-də taekvondo yarışları iyulun 24-dən 27-dək təşkil olunacaq.
Sahib Əsədbəyli