Tokio 2020-nin taekvondo yarışlarının püşkü atılıb.
Fanat.az xəbər verir ki, Azərbaycanın Oyunlardakı iki təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
İkiqat dünya çempionumuz Milad Beiqi Harçeqani(80 kq) ilk mərhələdə(1/8 final) Çin Taypeyindən olan Vey-Tinq Liu ilə üz-üzə gələcək.
Qadınların 67 kq çəki dərəcəsində yarışan Fəridə Əzizova isə ABŞ təmsilçisi Peyc Makferson ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki taekvondoçumuz eyni gündə - iyulun 26-da dayanq üzərinə çıxacaq.
Sahib Əsədbəyli