17:59 18.08.2021 644

Tokio 2020 təmsilçimiz: "Medal bütün həyatımı dəyişəcək"

"Başlanğıcda kiminlə qarşılaşmağımın heç bir fərqi yoxdur. Özümü çox rahat hiss edirəm. Düşünürəm ki, bu, mənim köməyimə çatacaq".

Bunu Fanat.Az-a Azərbaycanı Tokio 2020 Yay Paralimpiya Oyunlarının taekvondo yarışlarında təmsil edəcək Röyalə Fətəliyeva deyib. 49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionatlarının mükafatçısı karyerasının ən məsul yarışına tam hazır olduğunu bildrib: "Lisenziya yarışından sonra Türkiyədə, həmçinin Bakıda və Şamaxıda yüksək səviyyəli təlim-məşqlərimiz olub. Karyeramın ən yaxşı hazırlıq formasındayam. Qalır sentyabrın 2-də dayanqa çıxıb sözümü deməyim. Başlıca məqsədim çempionluqdur. Olmasa, gümüş, ya bürüncü də böyük uğur kimi qəbul edəcəyəm".

30 yaşlı idmançı yarışöncəsi psixoloji durumundan danışıb: "Komanda yoldaşlarım tez-tez rəqibləri analiz edirlər. İlk mərhələdə kiminlə düşməyin daha münasib olması üzərində baş sındırırlar. Mənim üçün isə başlanğıcda kiminlə qarşılaşacağımın heç bir fərqi yoxdur. Titullar gözümü qorxutmur. 10 rəqibim var, onların əksəriyyəti ilə döyüşmüşəm. Udduqlarım da var, uduzduqlarım da. Bizim çəki dərəcəsində əsas favorit kimi son iki ildəki əsas yarışların qalibi olan Peru idmançısının adı çəkilir. Onunla debütdəcə qarşılaşsam, narahat olmaram. Döyüş tərzlərimiz də bənzərdir".

Paralimpiada lisenziyasını iyunda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa təsnifat turnirində Gürcüstan təmsilçisini 31:4 hesabı ilə məğlub edərək qazanan parataekvondoçu onu rəqiblərindən fərqləndirən məqamı qeyd edib: "Üstünlüyüm qorxmazlığımdır. Kimliyindən asılı olmayaraq rəqiblərimin hamısına eyni nəzərlə yanaşıram. Hamı mənim üçün güclüdür, eyni zamanda keçiləsidir. Əsas olan həmin gün özünü necə hiss etməyindir. Mən də çalışıram ki, çox həyəcana qapılmayım, pis düşüncələri özümdən uzaq tutum. Belə olanda məşqlərimi də rahat edə bilirəm. Amma fakt budur ki, Tokio 2020 həyatımın ən vacib hadisələrindən biridir. Nailiyyət mənə hava-su kimi lazımdır".

Medal qazanacağı təqdirdə, əldə edəcəyi pul mükafatı ilə özünə mənzil almaq istəyən millimizin üzvü Paralimpiya Oyunlarından sonra karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb: "Tokiodakı medal bütün həyatımı dəyişəcək. Öncə özümə mənzil almaq istəyirəm. Ehtiyaclı insanlara yardım etmək fikrim var. Arzular çoxdur. Ən əsası, Paralimpiya medalının bəxş edəcəyi hisslər ömürboyu mənimlə yaşayacaq. Nəticə qazansam, böyük ehtimalla karyeramı sonlandıracağam. Ən azından bir müddət istirahət etmək istəyirəm. Zədələrim məni narahat edir".

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək. Taekvondo yarışları 2-4 sentyabr aralığında "Makuhari Messe" arenasında baş tutacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:50

MPL: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir - YENİLƏNİR

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

Facebookdan bizi izləməyi unutmayın.
X