Estoniyanın paytaxtı Tallində keçirilən kiçik yaşlı yeniyetmə, yeniyetmə və 21 yaşadək gənclər arasında Avropa birinciliyində daha bir idmançımız medala sahib olub.
Fanat.Az xəbər verir ki, kiçik yaşlı yeniyetmələrin yarışında çıxış edən Sabir Məmmədli (27 kq) Serbiya və Ukraynadan olan rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Taekvondoçumuz "qızıl" uğrunda həlledici qarşılaşmada Ukraynanın digər idmançısına uduzaraq yarışı gümüş medalla başa vurub.
Beləliklə, Azərbaycan təmsilçilərinin qitə birinciliyində əldə etdiyi mükafatların sayı 5-ə çatıb. Bunadək Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq) gümüş, İlyas Hətəmli və qız idmançımız Zəhra İsayeva (27 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, avqustun 24-də start götürən yarışa bu gün yekun vurulacaq.
Sahib Əsədbəyli