Estoniyanın paytaxtı Tallində kiçik yaşlı yeniyetmə, yeniyetmə və 21 yaşadək taekvondoçular arasında təşkil olunan qitə birinciliyi başa çatıb.
Fanat.Az xəbər verir ki, son gündə komandamız aktivinə daha 3 gümüş medal əlavə edib. Yeniyetmələrdən ibarət millimizin üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgiz Kazımova (47 kiloqram) yarışda ikinci yeri tutublar.
Beləliklə, taekvondoçularımız yarışı 9 medalla tamamlayıb.
Qeyd edək ki, kiçik yaşlı yeniyetmələrdən Çingiz Həsənov (36 kiloqram) qızıl, Sabir Məmmədli (27 kiloqram) gümüş mükafat qazanıb. Yeniyetmələrdən ibarət millimizin üzvlərindən isə Məhəmməd Həsənli (37 kiloqram) qızıl, Hüseyn Xudiyev (65 kiloqram) gümüş, İlyas Hətəmli (33 kiloqram) və Zəhra İsayeva (29 kiloqram) isə bürünc medala layiq görülüb.
Sahib Əsədbəyli