13:59 29.10.2021 1109

Taekvondonun uşaq və gənclərin inkişafında rolu: "Dürüstlük, nəzakət..."

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə hazırlanmışdır)

Taekvondo ölkəmizdə ənənəsi formalaşmış idman növlərindəndir. Vətəni Cənubi Koreya olan, Yay Olimpiya Oyunlarının proqramına 2000-ci ildə salınan bu növdə Olimpiya, dörd dünya, xeyli sayda da Avropa "qızıl"ımız var. Bu və müxtəlif yaş qruplarında əldə olunan nəticələrə əsasən, növ üzrə dünyada qabaqcıl ölkələrdən olduğumuzu deyə bilərik.

2016-cı ildə Rio De Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında bir qızıl, iki bürünc medalla komanda hesabında dördüncü olan ölkəmiz MDB miqyasında və İslam aləmində birinci nəticə göstərib, Avropadan yalnız Böyük Britaniyanı önə buraxmışdı. Önəmli bir faktı da nəzərinizə çatdıraq ki, həm mundiallarda, həm də dördilliyin ən möhtəşəm yarışında keçmiş Sovet respublikaları arasında ilk dəfə məhz Azərbaycanın bayrağı ən yüksəyə sancılıb. 

Lakin son - Tokio-2020 Olimpiadası taekvondo millimiz üçün uğursuzluqla nəticələndi. Öncə onu qeyd edək ki, əvvəlki Oyunlarda 4 idmançı ilə təmsil olunan komandamız "Gündoğar ölkə" paytaxtına bundan 2 dəfə az - 2 nəfərlik heyətlə yollandı. Yekun nəticədə isə onlardan heç biri medal səbətimizi zənginləşdirə bilmədi.

Taekvondonun uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafında rolu, eləcə də bu idman növünün ölkəmizdəki durumu və gələcək perspektivlərinə respublikanın əməkdar məşqçisi, yeniyetmələrdən ibarət milli komandanın köməkçi-məşqçisi Vurğun Cəfərovla toxunmuşuq.

- Hazırda Azərbaycanda taekvondoya olan marağı necə qiymətləndirirsiniz? 
- Axın çoxdur. Valideynlər daha çox da özünümüdafiə imkanları yaransın deyə, övladlarının şərq əlbəyaxa döyüş növü olan taekvondoyla məşğul olmasında maraqlıdırlar. Deyərdim ki, kütləvilik yetərincə təmin olunub. Təbii ki, növ üzrə uğurlar və bunun davamlı olaraq mediada işıqlandırılması da müraciətlərin sayının artmasına önəmli təkan verir. 

- Valideynlərə övladlarını neçə yaşdan məşqlərə yazdırmağı məsləhət görürsünüz? 
- Uşaqları adətən 6 yaşından məşqlərə qəbul edirik. Yaxşı olar ki, 5 yaşdan gətirsinlər. Təcrübə göstərir ki, 5 yaşdan başlamaq daha effektiv nəticələrə gətirib çıxarır. Bu bir il ərzində biz onlara gimnastik hərəkətlər öyrədirik, yavaş-yavaş məşqlərə alışdırıq.

-  Sizə görə, taekvondo növünün uşaq və gənclərin fiziki-mənəvi inkişafında əsas rolu nədən ibarətdir?
- Dözümlülüyü artırır, boy inkişafına təkan verir. Çəki-boy balansının təmin olunmasında önəmli rol oynayır. Mənəvi tərəfinə gəldikdə, taekvondo uşaq və yeniyetmələrə dürüstlük, nəzakət, ruhun dönməzliyi kimi xüsusiyyətlər aşılayır. Əminliklə deyə bilərəm ki, bu idman növü ilə məşğul olan azyaşlılar cəmiyyətdəki davranışları ilə öz yaşıdlarından seçilirlər. 

- Özünüzün idmançı kimi taekvondo ilə məşğul olduğunuz dövrlə indiki arasında hansı fərqləri müşahidə edirsiniz?
- O vaxtlar taekvondo "gənc" idman növü sayılırdı. Şəraitimiz arzuolunan səviyyədə deyildi. İdman bazalarımız az idi. Kiçik yarışlara belə, qatıla bilmirdik. İndiki ilə o dövr arasında əsas fərq təbii ki, taekvondonun Olimpiya idman növü statusu almasıdır. 

- Bir müddətdir ki, yeniyetmələrdən ibarət milli komandaya məşqçi təyin olunmusunuz. Yığmada yaxın zaman üçün qarşıya qoyulan əsas məqsəd nədir?
- Hazırda milli komandanın tərkibində perspektivli yeniyetmələr çoxdur. Dekabrda respublika birinciliyinin keçirilməsi gözlənilir. Həmin yarışa əsasən, yığmanın heyəti müəyyənləşəcək. Növbəti il isə dünya çempionatı keçiriləcək. İnanıram ki, biz oradan qızıl medalla qayıdacağıq. Bizdə həmişə nəticələr olub. Çalışacağıq ki, nailiyyətlərimizin sayını daha da artıraq.

- Qeyd etdiniz ki, aşağı yaş qruplarında uğurlar çoxdur. Ancaq son illər böyüklər arasında nailiyyətlər azalıb. Ələlxüsus, yerli idmançıların nəticələri əvvəlki illərə baxanda xeyli zəifləyib. Halbuki özünüz də vurğuladınız ki, əvvəlki dövrün şərtləri ilə indiki arasında böyük fərq var. Belədə təzad yaranır. Bütün bunların müqabilində nəsillər arasında belə bir məsafənin yaranmasını nə ilə bağlamaq olar? 
-  Razıyam ki, son illərdə durğunluq yaranıb. Bunun da obyektiv-subyektiv səbəbləri var. Son iki ildə pandemiya da milli komandanın durumuna çox təsir etdi. Yarışlar olmadı. İdmançı da nə qədər məşq edir-etsin, turnirlərdə iştirak etməsə, çox geri düşür. Böyüklərdən ibarət komandaya artıq gənc nəsil idmançılar cəlb olunub. Onların arasında mənim öz tələbəm, dünya mükafatçısı Xanoğlan Kərimov da var. Komandaya yeni nəfəs gəlib. İnanıram ki, böyüklərdən ibarət komandamız da qarşıdakı yarışlarda nəticələrini artıra biləcək.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X