Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçuların Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, iki yarış günündən sonra Azərbaycan komandası medal sıralamasında 2-ci yerdə qərarlaşıb.
Yığmamızın hesabında 2 qızıl və 1 bürünc mükafat var.
İlk sırada 3 qızıl, 1 gümüş medalla Rusiyadır. 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə edən İspaniya isə üçüncü pilləni tutur.
Ölkəmizə qızıl medalları oğlanların 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Səyyad Dadaşov və qızların 42 kq-sında döyüşən Zemfira Həsənzadə qazandırıb. Digər oğlan taekvondoçumuz Pünhan Mürsəlov (45 kq) isə "bürünc"lə kifayətlənib.
Ümumilikdə indiyədək 8 təmsilçimiz yarışda qüvvəsini sınayıb. Bu gün və sabah millinin daha 7 üzvü dayanq üzərinə çıxacaq.