Türkiyənin İstanbul şəhərində para-taekvondo üzrə dünya çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə dayanq üzərinə çıxan təmsilçilərimizdən kişilərin 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov mükafat qazanıb.
İlk dünya çempionatına qatılan gənc idmançı Misir, Rusiya və Braziliyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Burada Türkiyə taekvondoçusuna uduzan Sabir yarışın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan komandası dünya çempionatına 9 idmançı ilə qatılıb. Yarışa bu gün yekun vurulacaq.