Azərbaycan Taekvondo Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev açıqlama verib.
Onun bildirdiyinə görə, konfrans 30 dekabr saat 11:00-da başlayacaq. Tədbirin ardından mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.