Azərbaycan taekvondoçuları ənənəvi “Turkish Open” beynəlxalq turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, Antalyada keçiriləcək G2 kateqoriyalı yarışda ölkəmizi 22 kişi və 8 qadın idmançı təmsil edəcək.
Kişilər: Bəhruz Quluzadə, Səyyad Dadaşov, Rahid Vəliyev (54 kq), Pərviz İsgəndərov, Yusif Qurbanov, Ruslan Seyidov (-58 kq), Qaşım Maqamedov, Əli Məmmədov, Qasım Aslanov, Xanoğlan Kərimov (-63 kq), Əbülfət Zülfüqarov, Samir Məhərrəmov, Yaşar Məmmədli (-68 kq), Eltac Qafarov, Cavad Ağayev (-74 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev (-80 kq), Milad Beigi Hərçəqani, Taleh Süleymanov (-87 kq), Radik İsayev, Xəyyam Ağayev (+80 kq).
Qadınlar: Minayə Əkbərova, Sona Ağayeva (-46 kq), Röya Hacıyeva (-49 kq), Patimat Abakarova (-53 kq), Səidə Əliyeva (-57 kq), Fatimə Məcidova, Nuranə İbrahimova (-62 kq), Fəridə Əzizova (-67 kq).
49 ölkədən 1250 taekvondoçunun qatılacağı turnirdə fevralın 12-də qadınlar, növbəti gün isə kişilər mübarizəyə qoşulacaq.
Qeyd edək ki, ATF-nin baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Elşad Məmmədov və Aygül Abdullayeva yarışın ədalət təmsilçiləri arasında yer alacaqlar.