Azərbaycanın qadınlardan ibarət taekvondo millisinin daha bir üzvü İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirində medal qazanıb.
Fanat.Az xəbər verir ki, bu gün 67 kiloqram çəki dərəcəsində yarışan Fəridə Əzizova yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.
Beləliklə, yığma yarışı iki mükafatla başa vurub. Xatırladaq ki, yarışın ilk günündə Patimat Abakarova (53 kq) bürünc medala yiyələnmişdi.
Bu nəticə ilə Azərbaycan millisi komanda hesabında dördüncü yeri tutub.
Yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov yarışın "ədalətli məşqçi"si, azərbaycanlı referi Aygül Abdullayeva "ən yaxşı hakim" adına layiq görülüb.