İranda davam edən Asiya regionu üzrə G-2 kateqoriyalı beynəlxalq "President Cup" turnirində Azərbaycanın daha bir qadın taekvondoçusu medal qazanıb.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət yığmanın kapitanı, 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova gümüş medala sahib çıxıb.
Bu, qadın taekvondoçularımızın turnirdə ikinci medalı olub. Xatırladaq ki, yarışın ilk günündə Patimat Abakarova (53 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, Fəridə Əzizova İranda daha əvvəl - 6-9 mart tarixlərində təşkil olunmuş "Fajr Open" turnirində də gümüş medal qazanıb.