Azərbaycan taekvondo komandası fevral ayından tez beynəlxalq arenada çıxış etməyəcək.
Fanat.Az xəbər verir ki, təqvimdə ilk reytinq yarışı fevralın 4-5-də İstanbulda keçiriləcək Prezident Kubokudur. Ardınca isə fevralın 10-11-ə Türkiyə Açıq çempionatı baş tutacaq.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları beynəlxalq yarışlar mövsümünü adətən Türkiyədə açır.