21:19 10.04.2021 852

AÇ: Taekvondoçumuz "qızıl" ala bilmədi

Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir.
 
Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə daha üç idmançımız dayanq üzərinə çıxıb.
 
Ayxan Tağızadə (74 kq) ilk rəqibi Athman Bouthouyaka (Fransa) 9:7 hesabı ilə qalib gəlib. Ardından o, yunan Stavros Tsipunisi də 7:0 məğlub edib. Lakin yarımfinala vəsiqə uğrunda ispaniyalı Daniel Quesada ilə görüş idmançımız üçün uğursuz alınıb.
 
Fəridə Əzizova (67 kq) startda İsveç təmsilçisi Elin Yohanssonu 7:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb. Lakin növbəti rəqib - ingilis idmançı Lauren Uilyams Fəridə üçün keçilməz olub.
 
Millimizin liderlərindən biri, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, birinci Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Universiadanın qalibi, ikiqat dünya və birqat avropa çempionu Milad Beigi Hərçəqani isə yarışı gümüş medalla başa vurub. 80 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz öncə israilli Aleksandr Filippova (25:2), ardından almaniyalı Tahir Gülecə (24:1), yarımfinalda isə ispaniyalı Raul Martinesə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Miladın qızıl medal uğrunda rəqibi rusiyalı Maksim Kramtçov olub. Gərgin keçən döyüşdə idmançımız üç raund üstün olsa da, son anda görüş bərabərə bitib - 12:12. Yekunda rəqib qızıl xalla qalib gəlib və Azərbaycan idmançısı qitə birinciliyindən gümüş medalla ayrılıb.  
 
Qeyd edək ki, Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində Maksim Kramtçov ilk, Hərçəqani isə ikinci pillədə yer alır. Hər iki idmançı artıq növbəti Yay Olimpiya Oyunlarına lisenziyalarını təmin edib.
 
Bu, komandamızın qitə çempionatında ikinci medalıdır. İlk yarış günündə qadınlar arasında 46 kq çəki dərəcəsində Minayə Əkbərova da bürünc medala sahib olmuşdu.
 
Sabah yarışın son günüdür. Millimizin üzvlərindən Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq yuxarı) də medallar uğrunda mübarizə aparacaqlar.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

21:14

"Çelsi" Arrisabalaqanı digər İngiltərə nəhənginə satır - MƏBLƏĞ

20:50

Morata "Qalatasaray"ı İtaliya klubuna dəyişir - SON DURUM

20:18

Paytaxt klubu Jiqonun transfer hüquqlarına yiyələndi

19:48

"Mikki Mausa baxmağa gələnlər "ölüm qrupu"ndan çıxaraq 1/8 finala yüksəldilər" - Aleks Telles

19:11

"Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?"

18:52

"Barselona"nın "Kamp Nou"ya qayıdacağı tarix bilindi - RƏSMİ

18:20

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

17:56

"Qarabağ" "İmarət"də - FOTO

17:39

İngiltərə təmsilçisi fransalı mütəxəssisə tapşırıldı - RƏSMİ

17:21

"Bayern"ə qarşı oynamaq həmişə xoşdur, çünki..." - "Flamenqo"nun müdafiəçisi

17:03

"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının başlama vaxtı bilindi

16:44

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi müəyyənləşdi

16:26

"Çox iş görməliyik" - Yevgeni Kukseviç

16:08

"Bayern Münhen" İbrahimoviçi icarəyə verdi - RƏSMİ

15:50

AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək

15:35

AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq

15:27

"Qarabağ" Xankəndidəki Qarabağ Universitetində - FOTO

15:17

"Liverpul"un hücumçusu növbəti mövsümə harada başlayacaq? - Maaşı açıqlandı

14:59

"Ançelotti Skolariyə çox bənzəyir" - Ronaldo

14:41

Kukseviçin Azərbaycan millisinə təyinatı təsdiqləndi, müqavilə müddəti açıqlandı

14:23

"Qarabağ" Şuşada 1 nömrəli məktəbi ziyarət etdi - FOTO

14:05

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

14:01

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:44

"İmişli" 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

13:28

Kriştianu Ronaldunun baş məşqçisi qovuldu - RƏSMİ

13:10

Kanzari "Çelsi"dən aldıqları darmadağından sonra belə danışdı

12:52

"Sumqayıt" daha 3 futbolçusu ilə vidalaşdı - RƏSMİ

12:34

Jalə DÇ-də medal qazanmaq istəyir: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam"

12:16

"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşdı - RƏSMİ

11:58

Ruslar İsveçrə klubu ilə görüş üçün milyonlar xərclədi

11:39

KONKAKAF: 1/4 final cütləri müəyyənləşdi

11:20

Azərbaycan millisi Berlində toplanışa başladı

11:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:43

PSJ Messiyə mesaj göndərdi - "Bazar günü görüşənədək"

10:25

"İnter" "Borussiya Dortmund" 1/8-ə çıxa biləcək?

Facebookdan bizi izləməyi unutmayın.
X