16:30 16.08.2021 1183

Üçqat dünya çempionumuz: "Digər əyarlı medal məni qane edə bilməz"

Azərbaycanı Tokio 2020 Yay Paralimpiya Oyunlarının taekvondo yarışlarında təmsil edəcək Aynur Məmmədova Fanat.Az-a müsahibə verib. +58 kiloqramm çəki dərəcəsində mübarizə aparacaq üçqat dünya və dördqat Avropa çempionu Paralimpiadaya hazırlığından, üzərindəki məsuliyyətdən, rəqiblərindən və Oyunlardan sonrakı planlarından danışıb.

- Bütün mümkün titulları qazanmısınız, kolleksiyanızda çatışmayan Paralimpiya Oyunlarının mükafatıdır. İlk belə şans öncəsi nə hisslər keçirirsiniz?

- Çox güman ki, bu, həm də son şansımdır. Tokio 2020-dən sonra karyeramı bitirmək istəyirəm. Məşqlərimiz yaxşı keçib. Hazırda son hazırlıq mərhələsindəyik. Avqustun 26-da Tokioya yola düşəcəyik. Komandamızdan son olaraq mən mübarizə aparacağam.

- Ötən il koronavirus səbəbindən Olimpiya və Paralimpiya Oyunları təxirə salınanda ən çox narahatlığını ifadə edən idmançılarımızdan biri siz idiniz. O vaxtdan indiyə nə dəyişdi?

- Sözün açığı, indi fikrim dəyişib. Sevinirəm ki, yarış təxirə salındı. Yaşıma, zədələrimə görə narahat idim, amma hər şey əksinə, yaxşılığa doğru cərəyan etdi. Bu bir il mənə bəzi səhvlərim üzərində işləmək üçün əlverişli fürsət yaratdı. Keçən ildən indiyə bir xeyli artırdığımı düşünürəm.

- Bolqarıstanda keçirilən təsnifat turnirində lisenziyanı son anda qazandınız. İspaniyalı idmançı ilə döyüşünüz kifayət qədər dramatik alınmışdı. Halbuki startda xeyli öndə idiniz. Yəqin ki, orada buraxdığınız səhvlər üzərində də işləmisiniz...

- İspaniyalı taekvondoçu çox əzmkardır. O, tək mənimlə yox, hamı ilə sonadək mübarizə aparır. Mənim "qızıl xal"a qalan görüşlərim az olmayıb. Amma təbii ki, heç biri bu qədər məsuliyyətli ola bilməzdi. Bir tərəfdən də düşünürəm, bu, yaxşı oldu.
Lisenziyanı son anda əldə etməyim məsuliyyətimi, ümumiyyətlə, Paralimpiya Oyunlarının dəyərini nəzərimdə birə-beş artırdı. 

- Məsuliyyət demişkən, azərbaycanlı idmansevərlərin Tokio 2020-də ən çox medal gözlədiyi idmançılardan birisiniz. Bu, sizə necə təsir edir?

- Hamı məndən ancaq qızıl medal gözləyir. Hər kəsdən qabaq özüm sadəcə çempionluğa köklənmişəm. Gümüş və bürünc məni qane etməyəcək. Karyeramı pik səviyyədə yekunlaşdırmaq istəyirəm. Hər şeyi bir kənara buraxıb, diqqətimi sadəcə bu yarışa ayırmışam. Əlimdən gələni edirəm, gecə-gündüz dua edirəm.

- Rəqiblərinizlə bağlı fikriniz nədir? Aralarında hardasa çəkindiyiniz və ya ayrıca qeyd edə biləcəyiniz biri varmı?

- Çəkindiyim biri yoxdur. Reytinqdə altıncı olsam da, məndən öndə olanların çoxu ilə görüşüb, qalib gəlmişəm. Sadəcə, onlarla müqayisədə daha az yarışa qatılmışam deyə, geridəyəm. Amma Olimpiya və Paralimpiya Oyunlarında sürprizlər həmişə baş verir. Son Olimpiadanın taekvondo yarışlarını izlədim, orada nə qədər gözlənilməz nəticələr oldu. Mən isə reytinqdə aşağı sıralarda qərarlaşan idmançılarla qarşılaşmamışam, bu, məni hardasa narahat edir.

- Bakı ilə Tokio arasındakı saat fərqinə görə narahat deyilsiniz?

- Bir müddətdir rejimimi ona görə müəyyənləşdirmişəm. Maksimum axşam saat 10-11-də yatıb, səhər 5-6-da ayılıram. Olimpiadaya qatılan idmançılarımızın bir neçəsi ilə bu barədə söhbətimiz olub, deyirlər, sadəcə bir-iki gün çətinlik olur. 

- Siz ictimai işlərdə kifayət qədər aktiv insansınız. Belə başa düşürük ki, Tokio 2020-dən sonra bütün diqqətinizi əlilliyi olan uşaq və gənclərin inkişafı, idmana inteqrasiyası məsələlərinə yönəldəcəksiniz...

- Çempion olmağı əsas da əlilliyi olan uşaq və gənclərə daha çox motivasiya vermək üçün istəyirəm. Bəli, Paralimpiadadan sonrakı planlarım bu yöndədir.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

21:14

"Çelsi" Arrisabalaqanı digər İngiltərə nəhənginə satır - MƏBLƏĞ

20:50

Morata "Qalatasaray"ı İtaliya klubuna dəyişir - SON DURUM

20:18

Paytaxt klubu Jiqonun transfer hüquqlarına yiyələndi

19:48

"Mikki Mausa baxmağa gələnlər "ölüm qrupu"ndan çıxaraq 1/8 finala yüksəldilər" - Aleks Telles

19:11

"Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?"

18:52

"Barselona"nın "Kamp Nou"ya qayıdacağı tarix bilindi - RƏSMİ

18:20

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

17:56

"Qarabağ" "İmarət"də - FOTO

17:39

İngiltərə təmsilçisi fransalı mütəxəssisə tapşırıldı - RƏSMİ

17:21

"Bayern"ə qarşı oynamaq həmişə xoşdur, çünki..." - "Flamenqo"nun müdafiəçisi

17:03

"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının başlama vaxtı bilindi

16:44

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi müəyyənləşdi

16:26

"Çox iş görməliyik" - Yevgeni Kukseviç

16:08

"Bayern Münhen" İbrahimoviçi icarəyə verdi - RƏSMİ

15:50

AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək

15:35

AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq

15:27

"Qarabağ" Xankəndidəki Qarabağ Universitetində - FOTO

15:17

"Liverpul"un hücumçusu növbəti mövsümə harada başlayacaq? - Maaşı açıqlandı

14:59

"Ançelotti Skolariyə çox bənzəyir" - Ronaldo

14:41

Kukseviçin Azərbaycan millisinə təyinatı təsdiqləndi, müqavilə müddəti açıqlandı

14:23

"Qarabağ" Şuşada 1 nömrəli məktəbi ziyarət etdi - FOTO

14:05

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

14:01

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:44

"İmişli" 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

13:28

Kriştianu Ronaldunun baş məşqçisi qovuldu - RƏSMİ

13:10

Kanzari "Çelsi"dən aldıqları darmadağından sonra belə danışdı

12:52

"Sumqayıt" daha 3 futbolçusu ilə vidalaşdı - RƏSMİ

12:34

Jalə DÇ-də medal qazanmaq istəyir: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam"

12:16

"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşdı - RƏSMİ

11:58

Ruslar İsveçrə klubu ilə görüş üçün milyonlar xərclədi

11:39

KONKAKAF: 1/4 final cütləri müəyyənləşdi

11:20

Azərbaycan millisi Berlində toplanışa başladı

11:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:43

PSJ Messiyə mesaj göndərdi - "Bazar günü görüşənədək"

10:25

"İnter" "Borussiya Dortmund" 1/8-ə çıxa biləcək?

Facebookdan bizi izləməyi unutmayın.
X