İranın paytaxtı Tehranda taekvondo üzrə "President Cup" turnirinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi aktivinə bir medal yazıb.
53 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçu Patimat Abakarova 3-cü yeri tutub.
Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalçısı olan Patimat Abakarova martın 7-də Tehranda G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirində də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.