3-5 iyunda İtaliyanın paytaxtı Romada taekvondo üzrə Qran-Pri turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan milli komandasının beş üzvü iştirak edəcək. Kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.
Qeyd edək ki, Qran-Pri yarışları il ərzində, müvafiq olaraq, İtaliya, Fransa, Böyük Britaniya və Çində keçiriləcək.