Bu gün İtaliyanın paytaxtı Romada taekvondo üzrə Qran-Pri turnirinə start verilir.
Fanat.Az xəbər verir ki, 3 gün davam edəcək turnirdə Azərbaycan beş taekvondoçu ilə təmsil olunacaq. Kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.
Yarışın ilk günündə millimizin iki üzvü - Qaşım və Cavad dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, Qran-Pri yarışları il ərzində müvafiq olaraq İtaliya, Fransa, Böyük Britaniya və Çin-də keçiriləcək.