Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən Sədri Həmidreza ilk görüşündə özbəkistanlı Niyaz Pulatovla üz-üzə gələcək.
Ötən gün 74 kq-da yarışan Eltac Qafarov təsnifat mərhələsində Çin Taypeyindən olan Çenqçi Veyə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız kişilərin 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev bürünc medal qazanıb.