Azərbaycan taekvondoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatını bir bürünc medalla başa vurublar.
Fanat.Az xəbər verir ki, son olaraq Minayə Əkbərova (46 kq) və Qaşım Maqomedov (58 kq) dayanq üzərinə çıxıblar. Onların hər ikisi ilk iki görüşünü qələbə ilə başa vuraraq 1/4 finala adlasa da, medalın bir addımlığında məğlubiyyətlə üzləşiblər.
Qeyd edək ki, Azərbaycan mundialda ümumilikdə 8 taekvondoçu ilə təmsil olunub. Yığmada yalnız 68 kq çəki dərəcəsində mübarizə aparmış Cavad Ağayev bürünc medala sahib çıxıb.